Kubanın işlərinə qarışmamaq və blokadanı götürmək barədə RUSIYADAN ABŞ-A ÇAĞIRIŞ
Moskva, Vaşinqtonu Kubanın işlərinə qarışmamağa, blokadanı yığışdırmağa və Kuba xalqının öz taleyini təkbaşına özü həll etməsinə imkan verməyə çağırır. SİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bəyan edib və onun dedikləri Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb.
"Biz Vaşinqtonu nəhayət, obyektiv bir mövqe tutmağa, riyakarlıqdan uzaqlaşmağa çağırırıq. Qoy kubalılara, onların hökumətlərinə imkan versinlər ki, vəziyyəti təhlil etsinlər və xalqı öz taleyini özü həll etsin. Vaşinqton həqiqətən Kubadakı humanitar vəziyyətdən narahatdırsa və adi kubalılara bir şəkildə kömək etmək istəyirsə, onda, bütün dünya ictimaiyyəti tərəfindən rədd edilmiş mühasirəni qaldırmaq üçün, əvvəlcə özündən başlamalıdır", deyə Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Kubada sosialist sistemin mövcud olduğu bütün dövr ərzində Vaşinqton “ölkəni boğmaq, insanlara qarşı ayrıseçkilik etmək və iqtisadiyyatı pozmaq” strategiyasını həyata keçirməyə çalışıb.
Xatırladaq ki, 11 iyul tarixində adada minlərlə insanın iştirak etdiyi etirazlar başlayıb. Onlar "Azad seçkilər" keçirilməsini və sosial problemlərin həll edilməsini tələb etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB