“Dəmir Yumruq” xofundan doğan erməni monoloqu -SARKAZM

“Dəmir Yumruq” xofundan doğan erməni monoloqu -SARKAZM

...Biz həmişə olduğu kimi, bu gün də rusları özümüzə “böyük” bilmişik. Əgər bu gün fransızlar bizi balaca bacı kimi görürlərsə, ruslar necə istəyirlər görə bilərlər, çünki onlardan gələn hər şeyi qəbul etməyə hazırıq. Amma neynəyəsən ki, “bəzi bədəməllər” buna imkan vermirlər. ...Bu gün Ermənistanda rusofobiya varmı? Təbii ki, heç kim bunu deyib, təsdiq edə bilməz. Bəkə də, “xain əllər” süni şəkildə də olsa, haradasa bunu etiraf edə bilər. Amma bu, belə deyil. Bu gün siz Levon Şirinyanın dəyərləndirməsinə baxmayın. Hə, indi nə olsun ki, o, ermənilərin türkün köpəyi olmağı, rusun tula... əlaltısı olmasından üstün tutur?

Burada məsələ tam başqadır, yəni hazırda qələm... informasiya vasitələri naşı əllərdədir. Onlar da rusların ölkəmizdəki varlığına və bütövlükdə bu dövlətə qarşı təbliğat aparırlar. Amma neyləyəsən ki, belə təbliğatlara qarşı hələ ki, bizim mübarizə mexanizmlərimiz yoxdur. Amma biz ermənilər əminliklə bəyan edirik: ruslar bizim böyüyümüz olub və bundan sonra da olacaqlar! Bunu Erməniatandakı bütün ermənilər də olmasa, onların yarıdan çoxu təsdiq edə bilər: bu günə qədər bizimlə böyüyümüz olan ruslar arasında hər hansı bir narazılıqlar olubmu, təbii ki, heç kim bunu deyə bilməz!

Yadınızda olar, o vaxt Ermənistanda xidmət edən rus əsgəri Valeri Permyakov gedib erməni Asmik Avetisyanın ailəsini qıranda da biz ermənilər heç nə demədik. Hə, indi nə olar, işdi də olub, Asmik ölən nəsli ilə birgə qurban olsun Valerinin sarı telinə. Cünki o, kim olmasa da, bizim böyüyümüzün nümayəndəsidir.

Başqa bir misal, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan 700-dən artıq “məsum və eyni zamanda qəhrəman” əsgərlərimizi elə böyük qardaşımızın verdiyi silahlarla qırdı. Doğrudur, bu, bizi bir az üzsə də, buna baxmayaraq, biz heç incimədik. Amma Dmitri Roqozinin Azərbaycana satdığı silahların biznes xarakteri daşıdığını deməsi, bizi “qəhərləndirdi”. Gərək ki, bunu böyük qardaşlarımız da başa düşdülər deyə, bizi naümid qoymadılar və bir az köhnə olsa da, xeyli silah-sursat bağışladılar.

Amma bütün bunlara baxmayaraq, son zamanlar biz ermənilərdə böyük qardaşlarımıza qarşı ürəyimizdə az da olsa giley baş qaldırmağa başlayıb. Məsələ bundadır ki, biz kiçik qardaş kimi sizin Qafqazda ən yaxın tərədaşınız olduğumuz halda, sizin Türkiyə və Azərbaycanla bu qədər yaxınlaşmanız bizi heç çür qane etmir...

Biz son zamanlar “Rusiya Ermənistanı tərk etdi”, “Rusiya hər şeyi Türkiyənin mənafeyi naminə edir”, “Rusiya Ermənistan xaricində hamıya kömək edir. Çünki türklərin planı rusların planıdır” kimi deyimləri heç cür qəbul etmək istəmirik. Bunlar, dediyimiz kimi, biz erməniləri üzür.

Biz bu gün kiçik bir qardaş kimi sizi inandırırıq: Ermənistanda heç bir rusofobiya yoxdur. Az qədər olsa da, əminliklə deyə bilərik ki, bu rusofobiyanı “türklər alovlandırmağa” çalışırlar. Onlar bütün bunları biz erməniləri sizin gözünüzdən salıb, sizlərlə “yaxınlıqlarını qorumaq” üçün edirlər...

...Təbii ki, burada gürcü yazıçısı Serqi Sacayanın “...ermənilərin həmişə güclü dövlətlərə qulluq göstərən çaqqallar” olduğu barədə dediklərini xatırlamamaq olmur. Məsələ bundadır ki, son günlər kiminsə göstərişiylə etdikləri xainliklərin cəzasını gözə alan ermənilər, ruslara yalmanmaqla, “Dəmir Yumruğ”un növbəti zərbəsindən özlərini qorumağa çalışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə