Türkiyənin Elazığ şəhərində maraqlı hadisə yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Murat Kaşan adındakı şəxs evə gedərkən açıq çanta görüb. Çantanın içində qızıl-zinət əşyaları görən Kaşan əvvəlcə, qızıl-zinət əşyası satan bir adamdan qızılın saxta olub-olmamasını soruşub. Həqiqi qızıl olduğunu gördükdən sonra polisə gedib bu haqda məlumat verilib. Polis elanı sonrasında çantanın sahibi tapılıb. Çantanın sahibi Sonay Elekçi adlı şəxs olub. Sonay Elekçi Murat Kaşan adlı şəxsə öz minnətdarlığını bildirib. Onun çantanı xəstəxanaya gedərkən itirdiyi ortaya çıxıb.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB