İsrail üçün ən böyük təhdid

İsrail üçün ən böyük təhdid

İsrail müdafiə naziri Benni Qantz, İranın nüvə silahlarına sahib olmağının İsrail üçün ən böyük təhdid kimi qiymətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qantz Təl-əviv yaxınlığındakı hərbi hissədə çıxışı zamanı açıqlamalar verib və İsrailin bir sıra çətinliklər çəkdiyini qeyd edib. Qantz təhdidlərə qarşı hazır olmağın vacibliyini vurğulayaraq deyib: “Qarşı-qarşıya olduğumuz ən böyük təhdid, İranın nüvə silahlarına sahib olmasıdır. Bunun üçün də gücümüzü artırmaqdan başqa yolumuz yoxdur”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə