Norveç hərbiçiləri ilk dəfə Malidəki Xüsusi Əməliyyat Missiyasına qoşulacaq
Norveç hərbiçiləri İlk dəfə Malidəki Takuba Xüsusi Əməliyyat Missiyasına qoşulacaq.
SİA Norveç hökumətinin saytına istinadən xəbər verir ki, yaxın aylarda, krallıq artıq Malidə yerləşən İsveç kontingentinə qoşulacaq kiçik hərbi kontingenti ora yerləşdirməyi planlaşdırıb.
Göndəriləcək qüvvələrin bu payızda Malidə yerləşməsi və 2022-ci ildə İsveç qoşunları ilə birlikdə geri qaytarılması nəzərdə tutulur. İsveç əməliyyatlara təxminən 150 nəfərlik xüsusi təyinatlılar qüvvəsi, həmçinin vertolyotlar və nəqliyyat təyyarəsi ilə qatılıb.
“Nisbətən az sayda canlı qüvvə ilə olsa da, əməliyyatda iştirakımız bu bölgədəki vəziyyəti daha yaxşı anlamağımıza imkan verəcəkdir. Bu həm də İsveç ilə aramızda müdafiə sahəsində əməkdaşlığı da gücləndirəcək”, - deyə Norveçin Müdafiə Naziri Frank Bakke-Jensen bildirib.
Nazirin sözlərinə görə, Norveç qüvvələrinin vəzifəsi Sahardakı İŞİD ilə əlaqəli artan təhlükəni qabaqlamaq üçün yerli tərəfdaşların səriştəsini və potensialını artırmaqdan ibarət olacaqdır.
Takuba Xüsusi Əməliyyat Missiyası çərçivəsində hazırda Fransa, Belçika, Danimarka, Estoniya, İtaliya, Hollandiya, Portuqaliya, İsveç və Çex Respublikasından 400-ə yaxın hərbiçi bu ərazidə yerləşdirilib. Bütün bunlara baxmayaraq, Sahel bölgəsi və xüsusən də Malidə vəziyyət gərgindir. Hazırda bu ərazilərdə vəziyyət beynəlxalq mütəşəkkil cinayətkarlıqla əlaqəli lokal münaqişələr, separatizm və zorakı ekstremizm ilə xarakterizə olunur. 2015-ci ildən bəri isə İŞİD və Əl-Qaidə ilə əlaqəli silahlı islamçı qruplar bölgədə yayılaraq müxtəlif hücumlar həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB