Tacikistana indiyə kimi Əfqanıstandan 1500 hərbçi, 1037 mülki şəxs qaçıb

Tacikistana indiyə kimi Əfqanıstandan 1500 hərbçi, 1037 mülki şəxs qaçıb

Taliban” qruplaşmasından qaçan 77 Əfqanıstan vətəndaşı olan etnik qırğız Tacikistana pənah gətirib. Tacik sərhədçiləri humanizm prinsiplərini əsas tutaraq qaçqınları Tacikistan ərazisinə buraxıb.
SİA Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, qaçqınlar Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir. Onlar özləri ilə sahibi olduqları 1300-dən artıq xırda və iribuynuzlu mal-qara da gətirib.
Bu gün sərhədin digər istiqamətindən isə Əfqanıstanın 51 vətəndaşı Tacikistana keçib.
İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1037 mülki vətəndaş pənah gətirib. Onlar Tacikistanda çadır şəhərciklərində qalır, isti yeməklə təmin olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə