Türkiyədə Rizə bölgəsinə sel gəlib, 4 nəfər itkin düşüb

Türkiyədə Rizə bölgəsinə sel gəlib, 4 nəfər itkin düşüb

Türkiyədə Rize bölgəsinin Muradiyyə və Ardeşen rayonuna sel gəlib.

SİA-nın xəbərinə görə, dünəndən başlayan fasiləsiz leysan yağışlardan sonra çay daşqınları baş verib, sürüşmə və sel fəalkəti yaranıb.

100-ə yaxın kənd yolları bağlanıb, birinci mərtəbədə yerlşən yaşayış yerləri və zirzəmiləri su basıb, bəzi evlər uçub. Muradiyyədə 3 nəfər ev uçqunu altında qalıb, bir nəfəri sel aparıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurumun əraziyə getməsi üçün təlimat verib.

Hidrometeoroloqlar Rizədə sabah da yağntının olacağını proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə