Dünya koronavirusun üçüncü dalğası astanasındadır ÜST BƏYAN ETDİ

Dünya koronavirusun üçüncü dalğası astanasındadır ÜST BƏYAN ETDİ

COVID-19 delta ştammı dünyada yeni infeksiyaların əsas artma səbəbidir, biz xəstəliyin üçüncü dalğasının başlanğıcında, astanasındayıq. SİA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, çərşənbə günü dünyada COVID-19 ilə vəziyyəti qiymətləndirmək üçün ÜST Təcili Komitəsinin iclasının açılışında çıxış edərkən söyləyib.

"Delta variantı, artan sosial qarşılıqlı təsir və insanların hərəkətliliyi, həmçinin sübut edilmiş sosial və ictimai sağlamlıq tədbirlərinin tutarsız istifadəsi ilə qaynaqlanan infeksiyaların mövcud artımının əsas hərəkətvericilərindən biridir", deyə Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, Avropa və Şimali Amerikadakı əhali arasında peyvənd nisbətlərindəki artım öz nəticəsini verməyə başlayıb və infeksiya, eləcə də virusdan ölüm hallarında azalma var. Qurumun rəhbəri onu da vuröulayıb ki, bütün deyilənlərə baxmayaraq, ancaq vəziyyət yenidən dəyişilib və dünya "üçüncü dalğanın başlanğıcındadır".

"10 həftəlik azalmadan sonra ölüm nisbəti artmaqdadır", deyə ÜST-nin baş direktoru bildirib.

Xatırladaq ki, ÜST-nin fövqəladə komitəsi üç ayda bir toplanır və COVID-19-un yayılma təhlükəsini qiymətləndirir. Xəstəlik, hazırda komitənin qərarı ilə beynəlxalq narahatlıq doğuran fövqəladə bir ictimai səhiyyə vəziyyətidir. Komitənin 15 iyul iclasından nəticələrindən sonra ÜST-yə yenilənmiş tövsiyələrin təqdim etməsi gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə