RT müxbiri İraqda həbs edildi

İraq təhlükəsizlik qüvvələri Bağdadda Rusiya Televiziyasının (RT) müxbirini saxlayıblar və ayrıca stansiyanın ofisini möhürləyiblər. SİA RT Ərəb dilinin rəhbəri Maya Mannanın ifadələrinə istinadən xəbər verir ki, redaksiyanın avadanlıqları da müsadirə olunub.

“RT-nin Bağdaddakı müxbiri Əşrəf Məhəmməd əl-Əzzavi İraq təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Hazırda onu bizə məlum olmayan bir yerə aparıblar”, deyə M.Manna Telegram kanalında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə