İtaliyalı iqtisadiyyatına 4 milyard avro qatqı

İtaliyalı iqtisadiyyatına 4 milyard avro qatqı

“Brand Finance”-ın məlumatlarına görə, İtaliyanın EURO 2020 çempionatından ölkəyə qısa müddətdə 4 milyard avro gəlir gətirməsi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Brand Finance” bildirib ki, İtaliyanın EURO 2020 çempionatı ölkə iqtisadiyyatına da töhfə verəcək. Kubokun gətirdiyi prestijin qısa müddətdə İtaliya iqtisadiyyatına 4 milyard avro dəyər qatacağı gözlənilir.

İtaliyanın qələbəsindən qaynaqlanan həvəsdən sonra xüsusilə qida, içki, alkoqol, tütün, ev əşyaları, nəqliyyat, əyləncə sənayesində artım gözlənilir. Bundan əlavə, bu çempionatın İtaliyanın mədəniyyət, mədəni irs və idman sahəsindəki mövcud düşüncə tərzinə və turizm gücünə müsbət təsir göstərəcəyi, sponsorluq gəlirlərinə əlavə 13 milyon avro ayıracağı gözlənilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə