Erməni saytlarının yazdığına görə, seçkilərdən sonra ilk xarici səfərini Moskvaya edən Nikol Paşinyan hələ ki, loru dildə desək, “özündə-sözündə” deyil. Yəni, belə görünür ki, Nikolun bu səfəri uğursuz olub. Məsələ bundadır ki, o hətta səfərlə bağlı indiyə qədər bir kəlmə də olsa, açıqlama verməyib. Ermənilər, böyük ehtimalla, Nikolun bu sükutunun səbəbini onun Moskvadan nikbin bir şey gətirməməsi ilə əlaqələndirirlər.
Deməli, Nikol sussa da, amma onun yerinə başqaları danışır. Məsələn, ötən gün Rusiya XİN-nin sözçüsü Maria Zaxarova minalanmış ərazilərin xəritələrinin Azərbaycana veriləcəyini bəyan edir.
...Erməni mətbuatı Tiqran Avinyanın artıq Nikolun müavini olmaq istəmədiyini yazır.
...Nikol Paşinyanın Arayik Arutyunyanla İrəvanda keçirilən görüşdə “artsaxın bayrağı” gözə dəymir...
...Artıq Xankəndinə getməyə səlahiyyəti və ixtiyarı olmayan erməni baş nazir bu işi müavininə “həvalə edir”.
Dediyimiz kimi, ermənilər Nikolun hələ də onlardan nəyi isə gizlətdiyindən şübhələnirlər. Amma, nəyi?
Məsələ bundadır ki, bu gün Dağlıq Qarabağın statusunun təyin edilməsinin vacibliyindən danışan ermənilər, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanma ehtimalının da “status məsələsindən” asılı olduğunu bildirirlər. Bununla yanaşı, onlar 44 günlük müharibənin nəticələrindən sonra, Minsk qrupu həmsədrlərinin status probleminin həllini “artsax”ın müstəqilliyinin tanınmasında gördüklərini, bu barədə düşünməyi belə sadəlövhlük sayırlar. Buna baxmayaraq, özlərinə təsəlli verməyə çalışan ermənilər hələ də Rusiya “sülhməramlılarının” onlar üçün nəsə edəcəklərinə ümid bəsləyirlər.
Bundan əlavə, ermənilər Minsk qrupunun həmsədr ölkələri nümayəndələrinin Şuşanı ziyarət etməkdən “imtina etməsi faktı”nda özlərinə sərf edən nəsə axtarmağa çalışırlar. Hətta bəzi ermənilər Minsk qrupuna daxil olan ölkələrin bu hərəkətini onların Ermənistana göstərdikləri “böyük sayqı” kimi qələmə verirlər.
Amma demək lazımdır ki, bütün bunlar əbəsdir. Niyə, çünki hər şeyi zaman həll edir...
Xatırladım ki, bu arada erməni politoloq Suren Sarqsiyan Azərbaycanda akkreditə olunmuş səfirlərin Şuşaya səfəri ilə bağlı danışarkən, bunu həmin səfirlərin Azərbaycana olan həmrəyliyi kimi təqdim edərək, onların növbəti səfərinin Xankəndi olacağını da istisna etməyib. Bunula yanaşı, Suren Sarqsiyan erməni rəsmilərinə yer edəcək bir məsələyə də toxunub. Onun sözlərinə görə, ermənilərin 30 ilə yaxın işğalda saxlayıb “erməni torpaqları” kimi tanıtmağa çalışdıqları bu ərazilərə Ermənistanda akkreditə olunmuş səfirlərdən birini gətirə bildimi? Təbii ki, yox!
Bir daha xatırladaq ki, Bakının təşəbbüsü ilə Şuşa şəhərini ziyarət edən 46 dövlətin diplomatik nümayəndələri arasında Rusiya, ABŞ və Fransanın səfirləri olmayıblar. Amma əslində, bunu elə də böyük bir dərd kimi qəbul etmək doğru olmazdı. Çünki artıq dünyada özlərini cılızlıqları ilə tanından, varlığı ilə yoxluğu arasında elə də bir fərq olmayan bir millətin Minsk qrupuna daxil olan ölkə səfirlərinin qədim Azərbaycan şəhəri Şuşaya səfər etməmələrinə sevinmələri gülünc görünür. Ona görə ki, erməni politoloq Suren Sarqsiyanın da dediyi kimi, ermənilərin 30 ildə edə bilmədiyini Azərbaycan qısa vaxtda etdi.
Məlum ölkə səfirlərinin də, yaxınlarda Azərbaycan tərəfindən planlaşdırılan növbəti səfərlərdəki iştirakı istisna edilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB