Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 46 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 46 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 46 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 234 439 nəfər test edilib, 6 285 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 162 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə