Koronavirusa və sanksiyalarla əlaqəli problemlərə baxmayaraq, Minskin xarici borcu 2,5% azalıb və Belarusiya sabit bir tərəfdaşdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Belarusiya başçısı Aleksandr Lukaşenko ilə görüşdə deyib.
"Bu mənada Belarus sabit, etibarlı bir tərəfdaşdır. Xarici ticarət əməliyyatlarına xidmət göstərmək üçün qızıl və valyuta ehtiyatları tələb olunan səviyyəni əhəmiyyətli dərəcədə aşır", deyə Rusiya prezidenti bildirib.
O, koronavirus səbəbiylə Belarusiyada kənd təsərrüfatı istehsalının çox az, yüzdə 11-dən bir qədər də aşağı azaldığını, ancaq sənaye istehsalının yüzdə 16-dan çox artdığını da əlavə edib.
"Bunlar sənaye sektorundakı dərin əməkdaşlığımızı nəzərə alaraq çox yaxşı göstəricilərdir. Ümid edirəm ki, Sovet İttifaqından bəri davam etdirdiyimiz və son illərdə inkişaf etdirdiyimiz istehsal əlaqələri, bütün bunlar Rusiya iqtisadiyyatına belə müsbət təsir göstərdiyi kimi, Belarusiya iqtisadiyyatı üçün müsbət təsirlidir", deyə Vladimir Putin əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB