Taliban təslim olmağa istəyən 22 əfqan xüsusi təyinatlısını güllələyib - VİDEO
Əfqanıstanın Dövlət Abad qəsəbəsində insanlığa sığışmayan, bütün müharibə qanunlarını inkar edən dəhşətli hadisə baş verib. SİA CNN agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistanla sərhəddə yerləşən Dövlət Abad şəhərində taliban silahlıları ilə Əfqanıstan ordusunun xüsusi təyinatlıları arasında döyüş olub.
Xüsusi təyinatlıların sursatı tükənib, terrorçular onları mühasirəyə alıb və əsgərlərə təslim olmaq əmri verilib. Xüsusi təyinatlılar ağ bayraq qaldıraraq təslim olmaq üçün binadan çölə çıxıblar. Videodan da göründüyü kimi, talibançılar “təslim ol, komandos, təslim” deyə qışqırırlar. Binadan sonra bir neçə silahsız adam binadan çıxır. Bu zaman ən azı on kişi "Allahu Əkbər" deyə bağıraraq onları güllələyir.
Amma taliban təmsilçiləri videonun saxta olduğunu bildiriblər. Əlavə ediblər ki, kənar qüvvələr könüllü təslim olanların aqibətinin belə olduğuna hamını inandırmaq üçün belə "çirkin" təbliğat aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB