Nikolayevdə rus dili ilə bağlı “antikonstitusiya” qərarı ləğv edilib

Nikolayevdə rus dili ilə bağlı “antikonstitusiya” qərarı ləğv edilib

Ötən gün Ukraynanın Nikolayev bölgəsinin şəhər şurası deputatlarının rus dilinə regional status verilməsi barədə qərarı nəzərdən keçirilib. Ukraynada dövlət dilinin qorunması üzrə nümayəndəsi Taras Kremenin verdiyi məlumata görə, Nikolayev Rayon İnzibati Məhkəməsi bu qərarı etibarsız sayıb.

Lakin Kremenin bu məsələ ilə bağlı şəhərin Baş Prokurorluğuna etdiyi davamlı təkliflər, deyəsən, effekt verib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, dövlət dilinin qorunması üzrə nümayəndəsi Nikolayev parlamentarilərinə, Ukrayna dilinin öyrənilməsi üzrə pulsuz kurslara daxil ediləcək “dövlət dilinin inkişafı üçün şəhər proqramını təsdiqləməyə” çağırıb. Kremen Nikolayevə dil siyasəti üzrə yeni bir bələdiyyə sədrinin müavinin də təyin edilməsinin lazım olduğunu bildirib.

Bildirək ki, Kremen, Lugansk, Odessa, Dnepropetrovsk və Karpat bölgələrində də bölgə dillərinin işlədilməsinə dair hələ ki, qüvvədə olan “antikonstitusion qərarların ləğvi məsələsini“ diqqətdə saxladığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə