“Belarus iqtisadi sahədə Rusiya üçün böyük və etibarlı tərəfdaşdır”
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşüblər. Görüş zamanı Rusiya prezidenti Vladimir Putin Belarusun iqtisadi sahədə Rusiya üçün böyük və etibarlı tərəfdaş olaraq qaldığını söyləyib. Onun sözlərinə görə, dövlətlər arasında ticarət dövriyyəsi hər il durmadan artır.
Rusiya prezidenti, Belarusa qarşı Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Minskin bütün borclara xidmət etdiyini, yəni xarici borclarını azaltmağa çalışdığını bildirib.
Belarus iqtisadiyyatının çox ciddi şəkildə Rusiya iqtisadiyyatı ilə bağlılığını bildirən Lukaşenko isə öz növbəsində, məhz Rusiya, bu ölkənin böyük dəstəyi sayəsində Qərbin sanksiyalarına tab gətirməyi bacardıqlarını bildirib. SİA bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, ötən ayın-iyunun 21-də Avropa Birliyi Şurası “Ryanair” təyyarəsinin məcburi olaraq Minskə eniş etməsi ilə əlaqədar Belarusa qarşı növbəti- dördüncü sanksiya paketini qəbul edib. Minsk isə öz növbəsində qarşılıqlı olaraq Avropa Birliyinə qarşı məhdudiyyətlər tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB