...Deməli, ötən gün Nikol tərəfdarları xudmanı bir hökumət iclası kecirərək 2022-24-cü illər üçün orta müddətli xərc proqramı və 2022-2026-cı illər üçün borc yükünün azaldılması proqramını vahid bir paketlə təsdiqləyiblər. Beləliklə, Maliyyə Nazirliyinin hazırladığı proqram layihəsinə görə, 2022-26-cı illər üçün Ermənistanda orta iqtisadi artımın 7 faiz olacağı və 2022-24-cü illərdə cari büdcə xərclərinin ÜDM-nin 22,2-22,6 faizi arasında dəyişəcəyi bildirilir.
Borc məsələsinə gəldikdə, 2020-ci ildəki böhran hadisələri səbəbindən hökumətin borcunun ÜDM-ə nisbəti 13,4 faiz bəndi artaraq 50,1 -dən 63,5 faizə yüksəlib. Deməli, bunun da əlacı tapılıb, beləliklə, 2026-cı ilə qədər onu 3,5 faiz azaltmaqla 60 faizə endirmək planlaşdırılır. Əla!
Amma maraqlıdır ki, nədənsə, Nikolu istəməyənlər belə bir paketə “əla” demək istəmirlər. Hansı əsasla? Məsələn, onlar deyilər ki, yaxşı, keçən il yüzdə 60 nəzarət həddini aşan dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması planlaşdırılır. Bu da əla! Yəni bir tərəfdən borcu azaltmaq və ödəməklə, digər tərəfdən ÜDM-i artırmaq... nəzəri olaraq bunu da etmək olar. Amma burada, milli borc azalmır, əksinə, böyük bir sürətlə və deyək ki, proqramlı şəkildə böyüməyə davam edir.
... Nikolu istəməyənlər “pəl” vurmaqda pərgardılar də... Baxın, görün sonra nə deyirlər. Deməli, bu yaxınlarda Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheyi Aİ-nin bir sıra prioritet proqramların icrası üçün Ermənistana 2,6 milyard avro ayıracağını bəyan edib. Yaxşı, bu pulla Ermənistanda hansı proqramların həyata keçiriləcəyi ayrı suladır. Ancaq aydındır ki, bu cür maliyyə dəstəyi çərçivəsində Ermənistanın borc öhdəlikləri də artacaq. Yəni ölkə iqtisadiyyatına yatırılacaq bu pul ÜDM-in həcmini artıracaq. Təbii ki, bu da ölkə iqtisadiyyatına defolt və xarici nəzarət uçurumuna yol açacaq.
Maraqlıdır ki, Nikolu istəməyənlər onun heç bir yaxşı əməlini xatırlamayıb, ancaq bəd əməllərinə diqqət çəkirlər. Məsələn, onlar deyirlər ki, bu gün susuzluqdan tamamilə ölməkdə olan kənd təsərrüfatının əsas baiskarı yarıtmaz iqtisadi siyasət yeridən Nikol Paşinyandır.
Məhz elə buna görə də, onlar dövlətin bu paketinə də ixrac yönümlü sənayeləri inkişaf etdirəcəyinə dair adi “Nikol vədi” kimi baxırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB