Meksika prezidentindən tam dəstək

Meksika prezidentindən tam dəstək

Ölkənin cənub-şərq bölgəsindəki Tabasko vilayətində mətbuat konfransı keçirən Lopez Obrador Kubada həftə sonu hökumətə qarşı edilən etiraz yürüşləri haqqında danışıb. SİA xəbər verir ki, Lopez Obrador bu ada ölkəsindəki iqtisadi krizislə də bağlı informasiya verib. Lopez Obrador ölkədəki etirazların sülh içində həll edilməsində maraqlı olduğunu da açıqlayıb. Lopez Obrador deyib: “Kuba müstəqil və azad bir ölkədir, hər hansı xarici müdaxiləyə yol verilməməli, Kuba xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır".

Lopez dünya Kubaya kömək etmək istəyirsə əvvəlcə iqtisadi blokadanı qaldırılmasını vurğulayaraq: “Gözləyəcəyik və qardaş Kuba xalqına kömək eləməyə hazır olacağıq. Kuba hökuməti tələb edərsə, xalqa hər cür kömək edəcəyik”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə