Miyami sahilindən şimalda yerləşən təqribi 5.600 nəfərlik əhalisi olan Surfsayd yaşayış məntəqəsində 24 iyun tarixində faciəli bina çöküntüsü olub. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, 13 mərtəbəli 270 otaqlı “Çəmpleyn Tovers” adlı lüks bina anidən çöküb. Bu gün Miyami-Deyd Bələdiyyə sədri Daniella Levine Kava binanın dağıntıları altından 94 meyitin çıxarıldığını deyib. Həmçinin güman edilir ki, təqribi 22 nəfər hələ də dağıntılar altındadır. Kava, həmçinin 94 nəfərdən 83-nün kimliyinin məlum edildiyi barədə məlumat verib. Rəsmilər xilasetmə və axtarış qruplarının 14-cü günündə dağıntılar altından canlı insan çıxartmağın mümkünsüzlüyünü qeyd edib.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB