Boliviyada sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb

Boliviyada sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb

Boliviyanın mərkəzində sərnişin avtobusun dərəyə düşməsi nəticəsində ən azı 18 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat departamentinin rəhbəri Karlos Espinosa bildirib.

"Faciə nəticəsində, ilk məlumatlara görə, 18 nəfər ölüb. Yanğınsöndürənlər və polis hadisə yerində işləyir" - Espinosa deyib.

Ölkənin paytaxtı Sukreya gedən avtobus 150 metr hündürlükdən düşüb. İlkin məlumatlara əsasən, qəzaya səbəb sürücünün səhvi olub.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Ölənlərin sayının artması istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə