İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada yanğın olub, azı 30 nəfər ölüb
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Yanğın zamanı daha 20 nəfər xilas edilib.
İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.
Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB