Selfi yenə can aldı - DƏHŞƏT

Hindistanın şimal əyalətlərində ildırım vurması nəticəsində 50-dən çox insan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan əlavə Hindistanda tarixi qalada selfi çəkdirən bir qrup turist şimşək çaxması nəticəsində dünyasını dəyişib. Şimşəklərin vurduğu Uttar Pradeş əyalətində ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Hindistan Baş naziri Narendra Modi həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə