Kubanın paytaxtı Havannada xeyli insan “məhv olsun diktatorluq” şüarı ilə yürüş keçirib. SİA xəbər verir ki, polis etirazçıların bəzilərini döyüb və saxlayıb. Kubalılar iqtisadiyyatın məhv olmasından, həmçinin sivil azadlıqların məhdudlaşdırılmasından və hakimiyyətin pandemiyanı idarə etməsindən narazıdırlar. Şənbə günü statiskasına görə karonavirusa yoluxanların sayı 7000 olub .Ölən sayı isə 47 nəfər olub. Buna görə də, Kubalılar vaksinasiya proqramını tələb edir. Dövlət tərəfindən tənzimlənən iqtisadiyyat 11% geriləyib. Bu vəziyyəti Amerikanın tətbiq etdiyi sanksiyalar daha da kəskinləşdirib.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB