Ermənilərin vaxtilə kiçik ticarətlə məşğul olub “böyük uğur qazanan”, indi isə iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Vahan Kerobyan adlı biri var. Hazırda o Ermənistanda tam səlahiyyətli nazir olmaq üçün özünü “oda-közə” vurur. Yalanları da ki, göz dəyməsin, necə deyirlər, ləyənnən…
Deməli, ötən gün erməni saytlarına danışan Vahan Kerobyan bu gün ermənilərin sənaye sektorunda artımın 20-30 və ya hətta bəzi sahələrdə 50 faiz böyüdüyü qənaətinə gəldiyini bildirib. Məsələn, Vahan deyir ki, bu il ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlikdəki artım - 4,3, sənaye istehsalında - 2,3 ticarətdə - 7,4, tikintidə - 14, 3, digər xidmətlərdə isə 0.9 faiz artım olub…
Erməni iqtisadçılar isə təəccüb və “tərəddüdlə”, dünənə qədər küçə alveri ilə məşğul olan Vahandan bu rəqəmlərin haradan əldə etdiyini soruşurlar. Əsiində, başa düşmək olar, ermənidir, yalan danışa bilər, … amma daha belə quyruqlusundan yox də...!
Deyim ki, Kerobyan işlədiyi sahənin dərin biliklisi olmasa da, amma dedikləri ilə bağlı “əsaslı faktlar” gətirir. Belə ki, Ermənistanda bu ilin ikinci yarısında turizmin 319 faiz artacağını deyən Vahan bunun artıq “start götürdüyünü”, yəni hazırda İrandan gələn çoxsaylı turistin İrəvan küçələrində gəzdiyini bildirir.
…Hə, indi nə olsun ki, Ermənistanın Mərkəzi Bankı araşdırma və anketləri, az qala, Kerobyanın gözünə soxaraq onu yalan danışmaqda ittiham edir. Yəni bank səlahiyyət icraçısını başa salmağa çalışır ki, yalan danışmaqla deyil, sən nə qədər “dartsan da” Ermənistana 600 nəfərdən artıq turist gətirdə “bilməyəcəksən”.
Qeyd edək ki, bu gün İrəvana gələn iranlı turistlərin əksəriyyəti, elə əslinə qalsa hamısı, koronavirusa qarşı peyvənd olunmaq üçün gələn turistlərdir. Qeyd edək ki, iranlıların əksəriyyəti İrəvana gəlişlərini “tibbi turist” kimi təqdim edirlər. Onu da deyək ki, bir müddət bundan əvvəl İrəvana turist kimi gələn Farnaz Faşihi adlı bir İran vətəndaşı sonradan özünün şəxsi “Facebook” səhifəsində bu ölkəyə gəlişinin səbəbini koronavirusa qarşı peyvənd olunması ilə əlaqələndirib.
Belə məlum olur ki, öz ölkələrində koronavirusa qarşı peyvənd olunmaqda çətinlik çəkən İran vətəndaşları, bunun ən asan yolunu Ermənistana üz tutmaqda görürlər.
…Bu gün ermənilərə tövsiyəmiz budur ki, rusların əl-ayağına düşüb Avropada effektli dərman kimi qəbul qəbul edilməsə də, onların “Sputnik V” peyvəndindən bolluca alın, yoxsa, o beş-altı iranlı “tibbi turist”dən də məhrum olarsınız…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB