Bu ölkədə azyaşlıların cinsi əlaqədə olmalarına icazə verilir - DƏHŞƏTLİ HADİSƏ

Bu ölkədə azyaşlıların cinsi əlaqədə olmalarına icazə verilir - DƏHŞƏTLİ HADİSƏ

Antonit Akupin adlı Filippin vətəndaşı 7 yaşında cinsi təcavüzə məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, illərdir anası və ögey atası tərəfindən ona qarşı göstərilən fiziki və mənəvi şiddətə dözür. Həmçinin Antonit Akupin, deyir ki, şikayət etməməsi üçün ögey atası bıçağı ilə onu təhdid edib. Əgər şikayət edəsi olsa, anası və qardaşını öldürəcəyini deyib. Qız qorxduğu və çəkindiyi üçün bir il yarım heç kimə heç nə deməyib. Müəlliminin onun gözünün altının qaralmasını görməsinə qədər hər şey gizli qalıb. Müəllimi bu barədə polisə məlumat verib.

İndi 23 yaşında olan Akupin yaşananları belə ifadə edib: “O vaxt özümü ümidsiz hiss edirdim. Elə hiss edirdim ki, harasa getməliyəm. Ailəmin əzabından kənarda qalmaq üçün yeganə şansım bu idi. Kimin mənə kömək edəcəyini bilmirdim".

Filippində 12 yaşı olanların cinsi əlaqədə olmalarına qanunla icazə verilir. Qanunun əleyhinə dayananlar deyir ki, bu absurddur. Çünki,12 yaşında uşaqlar razılıq vermək iqtidarında deyil. Hüquq müdafiəçisi fikrinə belə aydınlıq gətirib ki, onlar çox vaxt hədə-qorxuya məruz qalırlar. Zərərçəkənin vəkili həmçinin qeyd edib ki, bu qanun beynəlxalq təşkilatların ən ciddi şəkildə təsvir etdiyi cinsi qaçaqmalçılıq və yeniyetmə hamiləliliyinə təkan verir.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə