Rusiyanın Kuril adaları yaxınlığında Sakit okeanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Suşimir adası yaxınlığında olub. Təkanların ocağı 80 kilometr dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan və dağıntılar yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB