Argentina hökuməti 20 milyon ədəd "Moderna" vaksini almaqla bağlı saziş imzalayıb
Argentina hökuməti ABŞ-ın "Moderna" şirkətindən 20 milyon doza koronavirusa qarşı peyvəndi almaq üçün saziş imzalayıb.
SİA-nın məlumatına görə, bu barədə Argentina hökumətinin mətbuat xidməti bildirib.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, peyvəndlər 2022-ci ilin ilk rübündə Argentinaya göndərilməyə başlayacaq.
Nazirlik gələcəkdə yeniyetmələri peyvənd etmək üçün "Moderna"nı istifadə edə biləcəyinə ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB