Moldovada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Moldovada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Fəaliyyət və Həmrəylik Partiyası (FHP), Kommunistlər və Sosialistlərin Seçki Bloku və "Şor" Partiyası bu gün keçirilən seçkilərin nəticələrindən sonra Moldova Parlamentinə daxil olur.

SİA-nın məlumatına görə, bu barədə ilkin nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 32 faizi yoxlanıldıqdan sonra təqdim edilib.

Bu nətəcələrə görə, FHP 41 faiz, Kommunistlər və Sosialistlərin Seçki Bloku - 34 faiz, "Şor" partiyası - 9,3 faiz səs alıb. Qalan partiyalar seçki baryerini keçə bilməyib.

Bildirilib ki, Moldova parlamentinə erkən seçkilər zamanı ciddi pozuntular aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə