Kuba prezidenti əhalini küçələrə çıxmağa çağırıb

Kuba prezidenti əhalini küçələrə çıxmağa çağırıb

Kuba prezidenti Miqel Dias-Kanel Kuba inqilabının müdafiəçilərini hakimiyyətə qarşı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırıb.

SİA-nın məlumatına görə, bu barədə ölkə prezidenti dövlət televiziyasının efirində deyib.

M.Dias-Kanel bildirib: "İnqilabın bütün müdafiəçilərini və bütün kommunistləri indidən və sonrakı günlərdə harada təxribat baş verməsindən asılı olmayaraq, istənilən yerdə küçələrə çıxmağa çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə