İngilis iş adamı Sir Richard Bronson “Virgin Galactic” şirkəti tərəfindən hazırlanan kosmik gəmi ilə kosmosun başlanğıc nöqtəsi sayılan yerdən 100 kilometr yüksəkliyə səyahət edib. Bronson “SpaceX” sahibi Elon Musk və “Amazon” qurucusu Jeff Bezosdan sonra kosmik səyahət təşəbbüsü başladan üçüncü şəxs olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bransonun da daxil olduğu 6 nəfəri daşıyan “Virgin Galactic” şirkəti tərəfindən hazırlanan “Unity-2” kosmik gəmisi səhər saatlarında ABŞ-ın New Mexico əyalətindən havaya qaldırılıb. 90 dəqiqə çəkən səyahətin sonunda Branson və yoldaşları yerli vaxtla saat 12:00-da New Mexico-da yer üzünə eniş etdiyi bildirilib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB