ABŞ-ın Suriyadakı hərbi bazası son 24 saat ərzində ikinci dəfə naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.
SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, hücumun hədəfi Suriyanın Deyr-əz-Zor vilayətindəki Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası olub.
Bildirilir ki, raket hücumu nəticəsində hərbi bazaya maddi ziyan dəyib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB