Kuba rəhbərliyi xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib

Kuba rəhbərliyi xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib

Kuba rəhbərliyi adadakı pisləşən epidemioloji vəziyyətə görə xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin Epidemiologiya departamentinin direktoru Fransisko Düran deyib.

Xarici turistlər və Kuba vətəndaşları ölkəyə gəldikdə 14 gün təcrid olunacaqlar. Daha əvvəl bu müddətinin yeddi gün təşkil etdiyi qeyd olunur.

Tədbir səyahət göndərişi ilə gələn turistlərə şamil edilmir. Bu yolla gələn səyahətçilərə koronavirus testi verəcəklər və yalnız nəticəsi müsbət çıxdığı halda test mənfi nəticə verənə qədər təcrid olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə