Sudanda idman klubuna silahlı hücum nəticəsində 6 nəfər həlak olub

Sudanda idman klubuna silahlı hücum nəticəsində 6 nəfər həlak olub

Sudanın şimal-şərqində yerləşən Port Sudan şəhərində idman klubuna hücum nəticəsində ən azı altı nəfər öldürülüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli internet qəzetlərindən olan "Alrakoba" məlumat verib.

Məlumata əsasən, cinayətkarlar motosikletlərlə əraziyəə yaxınlaşıb və əldəqayırma partlayıcı qurğuları idman klubuna atıblar. Bundan əlavə, onlar növləri müəyyənləşdirilməyən silahlardan atəş açıblar.

İki nəfər hadisə yerində, biri qadın olmaqla digər dörd nəfər isə yerli xəstəxanaya çatdırılarlən həlak olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə