Türkiyədə yük maşını sürücüsü Süleyman Erdal Kara Kütahyada avtovağzalda ölü tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karanın cansız bədəninin avtovağzalda iki taksi sürücüsü tərəfindən atıldığı ortaya çıxıb. Polis təhlükəsizlik kamerası qeydlərini araşdırmaq və şübhəliləri tutmaq üçün işə başlayıb.
Saat 04:30 radələrində şəhərlərarası avtovağzalın yaxınlığındakı səki üzərində hərəkətsiz uzanan birinin olduğunu görənlər təcili yardım qruplarına məlumat veriblər. Bölgəyə gələn qruplar, yük maşını sürücüsü Süleyman Erdal Kara olduğu təyin olunan şəxsin öldüyünü təyin edib.
Şübhəlilərin tutulması üçün başladılan istintaq davam edərkən, Karanın cəsədi ölümün dəqiq səbəbini təyin etmək üçün morqa aparılıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB