Belarusiya ilə sərhədin möhkəmləndirilməsi üçün LİTVA 42 MİLYON AVRO AYIRACAQ
Litva, qanunsuz miqrant axını fonunda Belarusiya ilə sərhədin möhkəmləndirilməsi üçün 42 milyon avro ayırmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə Almaniyanın “Redaktionsnetzwerk Deutschland” (RND) media qrupu, Litvanın Almaniyadakı səfiri Ramunas Misyulisə istinadən məlumat yayıb.
Nəşr məlumat verir ki, Litva, səfirin dediyinə görə, Belarusiyadan "hibrid təcavüz" görür və bu səbəbdən Avropa Birliyinin dəstəyinə ümid edir və nəzarət sistemi də daxil olmaqla Belarus ilə sərhədin möhkəmləndirilməsi üçün 42 milyon avro ayırmaq niyyətindədir. Eyni zamanda bildirilir ki, qanunsuz miqrasiya bütün Avropa Birliyi üçün "ümumi problem"dir.
"Sığınacaq axtaranlar Litvaya yox, Almaniyaya və ya İsveçə getmək istəyirlər", deyə RND, Misyulisin sözlərini sitat gətirib.
O, həmçinin Avropa Sərhəd və Sahil Təhlükəsizlik Agentliyi “Frontex”-in Litvanı dəstəklədiyini vurğulayıb. Diqqətə çatdırılır ki, 30 sərhədçi və bir neçə avtomobilin ölkəyə göndərilməsi planlaşdırılır, qonşu Estoniya da 10 nəfər işçi təmin edəcək.
Xatırladaq ki, Litva bu yaxınlarda Belarusiya ilə sərhəddə saxlanılan qanunsuz miqrantların sayında artım olduğunu elan edib. İyulun 2-də ölkə rəhbərliyi qanunsuz miqrant axını ilə əlaqədar həddindən artıq gərgin vəziyyət elan edib. Öz növbəsində, Belarusiya prezidenti Aleksandr Lukaşenko, respublikanın artıq AB ölkələrinə qaçaq miqrantları çəkindirməyəcəyini bildirib və qeyd olunub ki, Qərbin sanksiyaları üzündən Minskdə “bunun üçün nə pul, nə də güc” var. Litvanın baş naziri İnqrida Şimonite, respublikanın özünü Belarusiyadan tikanlı məftil ilə hasara almağı qərar verdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB