Baş nazir müavininin rusların deportasiyası barədə sözləri PUŞKOV TƏRƏFİNDƏN LAĞA QOYULDU
Puşkov Ukraynanın baş nazir müavininin rusların Krımdan deportasiya edilməsinə dair sözlərini lağa qoyub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, senator Oleksey Puşkov, Ukrayna baş nazirinin müavini, qondarma “işğal olunmuş ərazilər”in reinteqrasiya məsələləri üzrə naziri Oleksey Reznikovun “Krımın ölkəyə qaytarılmasından” sonra Ukrayna rəhbərliyinin Rusiya vətəndaşlarına qarşı hərəkətləri barədə dediklərinə münasibət bildirib.
Qeyd edək ki, Reznikov əvvəllər bildirmişdi ki, Kiyev, yarımadanın Ukraynanın nəzarətinə qaytarılmasından sonra Krımdakı ruslarla bağlı deportasiya da daxil olmaqla bir neçə ssenari nəzərdən keçirir. Telegram kanalında yayımlanan mətndə Puşkov, Ukrayna səlahiyyətlilərinin "Krımı geri qaytaracaqlarını" izah etmədiklərini qeyd edib.
"Xəyallarında neçə dəfə Donbası təmizlədilər! Kubanı Ukraynaya birləşdirdilər. AB-yə daxil oldular. İndi isə Krımdan Rusları qovmaq üçün bir plan hazırlayırlar", deyə Puşkov yazıb.
Rus siyasətçi, istehza ilə əlavə edib ki, Kiyevə görə, "Krımın qaytarılması" "öz-özünə" olacaq. Puşkovun fikrincə, Ukrayna siyasətçilərinin belə hesablaması Krımla bağlı açıqlamalarını mənasız bir söhbətə və siyasi təlxəkliyə çevirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB