Qara dul ləqəbli sui-qəsdçi

Yaponiyanın “Kyodo" xəbər agentliyinin verdiyi xəbərə görə, Ali məhkəməyə rəhbərlik edən hakim Yuko Miyazaki “qara dul" ləqəbi ilə tanınan Xisako Kakehini onunla birlikdə olan kişiləri zəhərləyərək və bir qohumunu digər üsulla öldürməsi səbəbilə ölüm hökmünə məhkum edib. SİA xəbər verir ki, “qara dul" ləqəbi ona görə verilib ki, o cütləşdikdən sonra erkəyi öldürən zəhərli "Qara dul" hörümçəyinə bənzədilir. Kakehi də onunla birlikdə olan kişiləri mirasları üçün zəhərləyərək öldürürdü. O varlı və uşaqsız kişiləri axtarır tapırdı və sonra onları öldürürdü. Qeyd edək ki, 10 il boyunca o, bu yolla 9 milyon dollar qazanc əldə edib.
Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə