Kosovanın baş naziri Albin Kurti Yunanıstana səfər edib. SİA xəbər verir ki, Albin Kurti səfəri çərçivəsində Yunan həmkarı Kyriakos Miçotakislə də görüşüb. Kosova Baş nazirliyi tərəfindən verilən yazılı məlumatda deyilir ki, Kurti iki xalq arasındakı mövcud tarixi bağları inkişaf etdirmək və Yunanıstanla əlaqələri inkişaf etdirmək istədiyini deyib. Həmçinin Baş nazir Kurti son aylarda Yunanıstanın kosovalılara viza sərbəstliyi verməsi və Kosovaya qarşı tutduğu konstruktiv mövqeyə görə təşəkkür edib. Kurti eyni zamanda Yunanıstanı Kosovanı tanıyan ölkələr blokuna qoşulmağa çağırıb.
Yunan Baş nazir Miçotakis Qərbi Balkanlarda Avropa perspektivini təşviq etmək baxımından Kosova ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Görüşdə həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışılıb.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB