Banqladeşdə tükürpədici hadisə

Banqladeşdə tükürpədici hadisə

Banqladeşdəki bir fabrikdəki yanğın fəlakətə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Banqladeşin paytaxtı Dakada qida və içki fabrikində baş verən yanğında ölənlərin sayı 52-yə yüksəlib.

8 iyul gecəsi paytaxtın kənar bölgələrindən biri olan Rupqanjdakı Hashem Qida və İçəcək Şirkətinin 5 mərtəbəli fabrikində çıxan yanğında qapalı qalan 52 nəfərin dünyasını dəyişdiyi və ən az 50 nəfər yaralandığı bildirilib. Zavodun çıxış qapılarının içəridən kilidlənməsi işçilərin getməsinin qarşısını aldığından ölənlərin sayının artdığı bildirilib. Yanğının mənbəyi hələ dəqiqləşdirilməsə də, fabrikdəki kimyəvi və plastik materialların yanğının şiddətini artırdığı paylaşılıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə