6 bal gücündə zəlzələ

İndoneziyanın Sulavesi adası yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:43-də dəniz səthindən 23 kilometr dərinlikdə baş verən 6,2 bal gücündə zəlzələnin mərkəzinin 112 kilometr cənub-qərbdə olduğu bildirilib.

Qeyd edək ki, sarsıntıların Şimali Sulavesi əyalətinin Talaud bölgəsində hiss olunduğu bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə