İranda böyük partlayış

İranın paytaxtı Tehranda böyük partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tehranın mərkəzindəki Millət Parkının ətrafında bir obyektdə partlayış baş verib. Bölgəyə təcili yardım və ilk tibbi yardım qruplarının göndərildiyi, ölən və yaralananların olmadığı bildirilib. Tehran Qubernator Köməkçisi Həmid Rza Qoderzi hadisənin terror hücumu olub-olmadığını soruşduqda "partlayışın səbəbi hərtərəfli araşdırılır" deyə cavab verib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə