Atışma nəticəsində bir nəfər ölüb UŞAQ BAXCASI YAXINLIĞINDA

Atışma nəticəsində bir nəfər ölüb UŞAQ BAXCASI YAXINLIĞINDA

Marseldə bir uşaq bağçası yaxınlığında atışma nəticəsində bir nəfər ölüb. SİA xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fransanın Marsel şəhərində bir uşaq bağçasının yaxınlığında güllə yarası nəticəsində bir nəfər ölüb, üç nəfər isə bıçaq yarası alıb.

Məlumata görə, hadisə cümə günü günortadan sonra Marselin 11-ci dairəsində baş verib. Cinayətkar hadisə yerindən qaçıb, polis hazırda cinayətkarı axtarır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə