“Əfqanıstandakı əsgərləri geri çəkmək lazımdır” - PUŞKOV AÇIQLAYIB

“Əfqanıstandakı əsgərləri geri çəkmək lazımdır” - PUŞKOV AÇIQLAYIB

Rus senator Aleksey Puşkov ABŞ prezidenti Co Baydenin Əfqanıstanla bağlı qərarına fikrini bildirib. SİA xəbər verir ki, Rusiya parlamentinin Federasiya komissiyasının üzvü Aleksey Puşkov açıqlamalarını “Teleqram”da paylaşıb.

Puşkov bildirib ki, Co Bayden Əfqanıstan mövzusunda düzgün addım atmayıb: “Burada mənasız bir savaş edən oğul Buş və Obama da bu addımı atıb. Keçmiş prezident Donald Tramp Amerika əsgərlərini Əfqanıstan bölgəsindən geriyə çəkmişdi. Bu qərar düzgün addımdır. Tramp Əfqanıstanda qalmamalı olduğunu yaxşı bilirdi. Bayden də Trampın fikrini həyata keçirmək istəyir. Lakin, Əfqanıstanın hələ də itirilmədiyini göstərmək üçün çalışır”.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Qəbildəki hökumətin hələ də bərpa oluna biləcəyini deyib. Qeyd edək ki, Əfqanıstan 300 min, Taliban isə 75 min döyüşçüyə sahibdir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə