“Azərbaycan Kremli balanslı və mürəkkəb siyasət yürütməyə məcbur edir”

“Azərbaycan Kremli balanslı və mürəkkəb siyasət yürütməyə məcbur edir”

...Moskvaya parlament seçkilərindən sonra Nikol Paşinyanın ilk xarici səfəri nəyi sübut edir? Rusiya Azərbaycana təsirini Ermənistanın maraqları hesabına artırmağa çalışacaqmı? Şuşa Bəyannaməsindən sonra Moskvanın bölgədəki siyasəti dəyişəcəkmi?

Deyim ki, bu suallar erməni saytı tərəfindən “International Analytics” jurnalının baş redaktoru Sergey Markedonova ünvanlanıb.

Təbii ki, rusiyalı siyasətçi Nikolun seçkidəki qələbədən sonra ilk rəsmi səfərini Mosvaya etməsini iki ölkə arasındakı irəliləyiş kimi təqdim edir. O, bu gün bəzi erməni siyasətçilərinin “Paşinyan yenidən Rusiyanın təsirinə qayıdır” açıqlamalarının da düzgün olmadığını bildirir.

Markedonovun fikrincə, Nikolun ilk səfərinin Moskvaya etməsi onun Rusiya ilə münasibətlərin toxunulmazlığına “dəlalət edir”: “...Düşünürəm ki, Putin daxili siyasi məkanda mövcud olan müəyyən çətinlikləri başa düşür. Doğrudur, Paşinyan qələbə qazansa da, amma hər halda bu liderdən heç bir narazılığın olmadığı anlamına gəlmir və burada ən əsası isə Rusiyanın üçtərəfli razılaşmaların qarantı olmasıdır”.

Markedonov bu gün Rusiyanın öz maraqları hesabına Azərbaycana təsir gücünü artırmaq üçün Ermənistanın hazırkı rəhbərliyinə istənilən sənədi, hər hansı bir razılaşmanı imzalamağa dair erməni cəmiyyətində formalaşan fikirləri də əsassız sayır. O, bu gün Paşinyanın varislərinin məsuliyyətini müəyyən qədər aradan qaldıra biləcək güzəştlər məsələsinin çoxdan bəri müzakirə olunurduğunu bildirir. Markedonova görə, Nikoldan əvvəl də, bütün Ermənistan rəhbərləri güzəştlər barədə danışıblar. Bəs, belə olan haldz Paşinyanın problemi nədir?

Rusiyalı siyasətçiyə görə, Paşinyan bacarıqlı diplomatiyaya deyil, cəlbedici piarlara güvənərək kifayət qədər bacarıqlı və düşünülmüş hərəkətlərlə, bölgədə keçən ilin noyabrında baş verənlərin mənfi nəticəni sürətləndirdi: “Dediyim kimi, güzəştlər onun ixtirası deyil, bu güzəştlər onsuz da ediləcəkdi”.

...Yeri gəlmişkən bildirək ki, rusiyalı siyasətçi burada maraqlı bir etiraf edir. Belə ki, Qarabağ münaqişəni Qafqazdakı və postsovet məkanındakı digər münaqişələrdən fərqləndirən cəhəti o, Azərbaycanın açıq şəkildə heç bir anti-Rusiya kursu elan etməməkdə görür. Onun fikrincə, məhz Azərbaycanın bu uğurlu siyasəti Moskvanı birmənalı olaraq ermənipərəst xətt deyil, daha balanslı və mürəkkəb bir siyasət yürütməyə məcbur edir.

Açıqlamasının bu yerində Şuşa Bəyannaməsinə toxunan Markedonov bu sənədin adicə boşluqdan irəli gəlmədiyini, bunun üçün ilkin şərtlər olduğunu bildirir: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hərbi-siyasi yaxınlaşması 1991-ci ildən bəri davam edir. Türkiyənin beynəlxalq aləmdəki bir çox hərəkətləri Azərbaycanın dəstəyi ilə diktə edildi və 2020-ci ildən bəri isə bu açıq-aşkar daha çox oldu. Buna görə demək istəyirəm ki, ikinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətini daha da gücləndirdi”.

Türklərin Qafqazdakı nüfuzunun Moskva üçün müəyyən bir çətinlik yaradıb və ya təhdid olduğunu deməkdə “çətinlik” çəkən Markedonov görə “...ancaq bir çağırış, az-çox açıqdır”-deyə bildirir.

Rus siyasətçiyə görə, Ərdoğan yalnız Rusiyaya qarşı deyil, bu taktikaları həm Qərb istiqamətində də aparır. Yəni bir növ sərt açıqlama, yayım jestləri edir, sonra çıxış etməyə, güzəştə gedəcək bir sahəni tapmağa çalışır və s...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə