Sərhəd məntəqəsindən bayraq endirildi

Sərhəd məntəqəsindən bayraq endirildi

Taliban Əfqanıstanın bayrağını sərhəd keçid məntəqəsinin damından aşağı endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bayrağın aşağı salınması ilə bağlı videogörüntü yayılıb. İslam qala keçidi İran üçün ən böyük ticarət qapısıdır. Hökumətə ayda 20 milyon dollar gəlir gətirir. Bu pul ticarət keçidi sayəsində daxil olur.

Qeyd edək ki, Taliban yenidən bu ərazini ABŞ əsgərlərinin geri çəkilməsindən sonra tutub. Taliban hazırda 400-dən çox ərazini ələ keçirdiyini iddia edir. Xatırladaq ki, bu ərazilərə İran və Çinlə sərhəddə yerləşən ərazilər də daxil edilib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə