Komendant saatı tətbiq ediləcək - HƏRƏKƏT MƏHDUDLAŞDIRILIR?

Komendant saatı tətbiq ediləcək - HƏRƏKƏT MƏHDUDLAŞDIRILIR?

Taylandda komendant saatı tətbiq ediləcək və ölkə ətrafında hərəkət məhdudlaşdırılacaq. SİA xəbər verir ki, bunu cümə günü Banqkokdakı hökumət sarayında keçirdiyi media brifinqində Tayland hökumətinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə və müdafiə mərkəzinin sözçüsü Abhisamai Siranqsan söyləyib.

Taylandlı səlahiyyətlilər qadağan saatı, ticarət mərkəzlərinin bağlanması və dövlət, eləcə də özəl sektor işçilərinin Banqkok və sərhəd əyalətləri də daxil olmaqla on "tünd qırmızı" COVID-19 kritik bölgələrə maksimum köçürülməsi də daxil olmaqla yeni bir sıra sərt məhdudiyyətlər tətbiq edib.

"Məhdudiyyətlər son illərdə koronavirus infeksiyası hallarının kəskin artması ilə əlaqədar olaraq tətbiq olunur. Xəstəliyin gündəlik sayı 10 minə yaxınlaşıb", deyə Abhisamai Siranqsan bildirib.

Xatırladaq ki, 12 İyuldan etibarən 14 gün müddətində tətbiq olunan tədbirlər paketi yerli vaxtla 21.00-dan 04.00-a qədər komendant saatı tətbiq edilməsini, qida və zəruri məhsul satmayan bütün ticarət mərkəzlərinin və mağazaların bağlanmasını əhatə edir. Tədbirlər həmçinin, məhsullar və ictimai nəqliyyat saatlarının azaldılması, əyalətlər arasında səyahət qadağası, bütün təhsil müəssisələrinin onlayn olaraq davam etdirilməsi və dövlət qurumları, özəl müəssisələrdə işçilərin mümkün qədər uzaq rejimdən işləməsini nəzərdə tutur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə