Hindistanda müəllim spirtli içki içdikdən sonra məktəbdə yatıb qalıb. Digər müəllimlər yerdə uzanan sərxoş müəllimi qaldırıb stulda əyləşdiriblər. Azyaşlı tələbələr bütün bunları heyrətlə izləyiblər.
Hadisə Hindistanın şimalındakı Çamba qəsəbəsindəki Kakadotha dövlət məktəbində baş verib. Bir müəllimin həddindən artıq spirtli içki qəbul etməsi nəticəsində şagirdlərinin yanında yıxılıb yatması sosial mediada böyük reaksiya alıb.
Həvəskar kameralar tərəfindən lentə alınan görüntülərdə sərxoş müəllimin yerdə uzandığı və içki şüşəsinin yanında durduğu görülüb. Həmkarlarının gərgin mübarizəsi nəticəsində kresloda əyləşən müəllimin tələbələri sərxoş müəllimləri ilə kameralara poza veriblər.
Yerli media səlahiyyətlilərin məktəbə gəldiyi və sərxoş müəllimin həmkarlarını, şagirdlərini və ailələrini dindirdiyi də məlum olub. Sərxoş müəllimin səhvini etiraf edib üzr istədiyi bildirilib. Hadisə nəticəsində təhsil mütəxəssisi Heendra Kumar "İstintaqla bağlı məlumatlar səlahiyyətlilərə göndəriləcək və müəllim üçün lazımi tədbirlər görüləcək" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB