Qərbi ABŞ istilər və quraqlıqla mübarizə aparır. Kaliforniya əyalətində həyəcan təbili çalınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bölgədə su istehlakını yüzdə 15 azaltmaq üçün çağırış və fövqəladə vəziyyət elan edilib. Yenə də ölkənin qərb hissəsini vuran həddindən artıq istidə həyatını itirənlərin sayı 200-ü keçib.
Kaliforniya valisi Qavin Nevsom, əyalətin bir daha fövqəladə hal həddində olduğunu açıqladı. Həddindən artıq istidən təsirlənən əyalət sakinlərini su istehlakına qənaət etməyə çağırdı. "Duş vaxtınızı qısaldın, həyətlərinizi daha az sulayın" dedi.
Kaliforniyada az yağış yağan bir qışın ardından, may ayında yığılmış yağış suyu gözlənilən səviyyənin üçdə ikisi olaraq qeydə alınıb. Səlahiyyətli orqanlar, həddindən artıq istilərin yaxın gələcəkdə quraqlıqla yanaşı baş verə biləcək meşə yanğınlarının xəbərçisi olduğunu xəbərdar ediblər. Kaliforniyanın şimalındakı əyalətlərdə həddindən artıq istilər səbəbindən həyatını itirənlərin sayı 200-ü keçib. Səhiyyə rəsmiləri Ereqonda 116, Vaşinqtonda 78 nəfərin öldüyünü açıqlayıb.
Həddindən artıq isti hava dalğası keçən həftə də Kanadada müşahidə olunub və ölkədə 719 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB