...Təbii ki, bu, artıq təsdiq olunmuş bir faktdır: ermənilər bu gün də əvvəllər olduğu kimi, bacarıqla olmasa da, amma böyük hiyləgərlik və riyakarlıqla sistematik olaraq öz bəd əməllərini büruzə verməkdədirlər.
Məsələ bundadır ki, bir neçə gün əvvəl erməni baş nazirinin Nursultan Nazarbayevin ad günü ilə bağlı ona göndərdiyi təbrik mesajını ermənilər hələ də “qəbul” edə bilmirlər.
Çünki erməni məfkurəsinə görə, erməninin özünə düşmən bildiklərini onunla bir təşkilatda olan digər ölkələr də “düşmən” kimi qəbul etməlidir.
Amma... yenə də erməni düşüncəsinə görə, ermənilərin bu “qadağalarına” nə Qazaxıstan, nə də Belarusiya “əməl etmirlər”. Niyə?
Budur, Nikol Paşinyan qazaxıstanlı Nursultan Nazarbayevi ad günü münasibətilə təbrik edir, amma Qazaxıstanın sənaye və infrastruktur inkişaf nazirinin müavini Adılbek Sarsembayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə durub İrəvana yox, Bakıya gəlir.
Onun Bakıya gəlməyi bir yana qalsın, hətta oturub Azərbaycan rəsmiləri ilə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi, hərbi-texniki sahədə perspektivli əməkdaşlıq sahələrinin öyrənilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkili və digər mövzuları müzakirə edir.
...Bəs, belə olan halda ermənilər bunu necə başa düşüb qəbul etsinlər? Qazaxıstanla eyni təşkilatda – KTMT-də olan Ermənistan, amma qazaxlar hərbi-texniki əməkdaşlıq barədə məsələni Azərbaycanla müzakirə edir. Məgər qazaxlar həm KTMT-də, həm də Avrasiya İqtisadi Birliyində Ermənistanla bir yerdə olduqlarını bilmirlər? ...və əgər bunu bilirlərsə, bəs onda niyə ermənilər barədə belə “hörmətsizlik” edirlər? Niyə, onlar Azərbaycan Prezidentinin “Şərqi Zəngəzur” iqtisadi rayonun yaradılması barədə fərmanına nümayişkəranə şəkildə etiraz etmirlər? Axı, onlar biz ermənilərlə olmalıdırlar. Amma...
...Yəqin qazaxlar lap elə Putinin də daxil olduğu müxtəlif rus siyasətçilərinin, onların dövlət haqqının şübhə altına alındığı qalmaqallı açıqlamalarını yaxşı xatırlayırlar. Belə görünür ki, onlar üçün də çox qalmayıb. Ona görə də qazaxlar indidən “alternativ hava limanı” axtarışına çıxıblar.
Qeyd edək ki, bütün bunlarda erməni xainliyi açıq şəkildə sezilsə də, amma onların bu arada “valı” dəyişib, Türkiyə ilə bağlı səsləndirdikləri etiraflarında onların “şok”a düşdükləri açıq nəzərə çarpır.
Beləliklə, “məxməri inqilabdan” az sonra Ermənistanın hərbi sənayesini inkişaf etdirib “Qafqazın İzraili” olacaqlarını dünyaya car cəkən ermənilər, indi Türkiyənin pilotsuz uçuş aparatlarına olan həsədlərini gizlətmirlər: “Türkiyə indi sürətlə pilotsuz uçuş aparatlarının istehsalında dünya lideri olmağa doğru irəliləyir. Artıq bunu inkar etmək mümkün deyil. Məsələn, “Bayraktar TB2” kifayət qədər qısa müddətdə dünya şöhrəti qazandı”.
...Təbii ki, bunlar erməni xainliyi ilə müşahidə edilən... erməni etiraflarıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB