Antarktidada yeni bir kəşf elm dünyasını heyrətləndirib. Yeni bir bitki növü tapdıqlarını elan edən elm adamları, bu yeni növün o mühitdə necə sağ qaldığını anlaya bilməyib. Hindistanlı elm adamları Antarktidada yeni bir bitki növü aşkar etdiklərini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qitədə altı aylıq bir ekspedisiya təşkil edən elm adamları Hindistanın Antarktika Tədqiqat Stansiyası (Bharati) yaxınlığında tünd yaşıl bitki növü aşkar ediblər.
NECƏ YAŞADI?
Bitkilərin həyatda qalması üçün kaliuma, günəş işığına və suya ehtiyac duyduqlarını ifadə edən elm adamları, "Əsas problem bu varlığın bu bölgədə necə yaşamasıdır". Tədqiqat qrupunda prof.dr. Feliks Bast və hindistanlı alimlər yosun növlərindən nümunələr toplayaraq 5 il ərzində digər bitki növləri ilə müqayisə ediblər. Bölgədə böyüyən bitki növlərinin azot ehtiva edən pinqvin nəcisi ilə sağ qaldığını bildirən Bast, yosun növlərinin 5 ilin sonunda yeni bir növ olduğunu təsdiqləyib. Pəncab Mərkəzi Universitetinin tədqiqatçıları tapılan növlərə "Brium Bharatiensis" adını veriblər. Tədqiqat "Asiya-Sakit Okean Biomüxtəlifliyi" jurnalında dərc edilib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB